Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“MƏCBURİ KÖÇKÜN QADINLAR” İCTİMAİ BİRLİYİ YENİ LAYİHƏSİNİ UĞURLA HƏYATA KEÇİRİR

0

  •         “Məcburi Köçkün Qadınlar” ictimai birliyi "Məcburi köçkün, şəhid və Qarabağ əlili ailələri sosial müdafiənin təmini istiqamətində maarifləndirmə işləri aparmaqla onların həyat şəraitinin yaxşılaşdırılmasına yardım etmək" adlı yeni layihəsinin icrası çərçivəsində  Oğuz rayonunun məcburi köçkünlər yaşayan Azərbaycan-60 düşərgəsində, Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində, Goranboy rayonunun Meşəli qəsəbəsində, Gəncə şəhəri Yeni qəsəbə-2-də müvəqqəti məskunlaşan məcburi köçkünlərlə görüş keçirmişdir. Layihənin əsas məqsədi qaçqın, məcburi köçkün, Qarabağ əlili və şəhid ailələrinin məskunlaşdığı ərazilərdə əhali arasında sorğu və diskussiya aparmaq yolu ilə onların qarşılaşdığı sosial problemləri öyrənmək, sosial müdafiəyə ehtiyacı olan insanları müəyyənləşdirmək, problemlərin həlli üçün onların arasında maarifləndirmə və izahat aparmaqla mövcud problemlərini həll etmək üçün aidiyyatı dövlət orqanları və “QHT”-lər arasında səmərəli əməkdaşlıq quraraq ailələrin sosial şəraitini yaxşılaşdırılmasına nail olmaqdır.
            Dəfələrlə rayonumuzun sakinləri ilə görüş keçirən “Məcburi Köçkün Qadınlar” ictimai birliyinin sədri keçmiş döyüşçü, hərbi qulluqçu ailəsi, “Ömər”, “Güzgü” yüksəkliyində həyat yoldaşı ilə çiyin-çiyinə xidmət edən Zərifə Həmzəyeva problemləri olan sakinlərdən öz köməkliyini əsirgəmir və mənəvi dayağını göstərir.
            İctimai birliyin üzərinə götürdüyü layihələri təqdirəlayiq sayırıq və birliyin üzvlərinə işlərində müvəffəqiyyətlər arzu edirik.


    “XOCALININ SƏSİ”


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib40 dəfə
    “MƏCBURİ KÖÇKÜN QADINLAR” İCTİMAİ BİRLİYİ YENİ LAYİHƏSİNİ UĞURLA HƏYATA KEÇİRİR

    Maraqlı gələ bilər
    40
    21
    41
    41